Broyler sayımı

Kəsim xəttində broylerlərin avtomatik sayılması

Sistem quş kəsimxanasında asma konveyerdən keçən hər kəsilmiş toyuğu kamera ilə sayır. Növbə üzrə yekunlar hesabatda görünür və itkilərə nəzarət asanlaşır.

Kəsim xəttində toyuqların sayılması — Saygac AI

İtki harada yaranır

Nəyi sayırıq

Sistem nə edir

Asma konveyerdə

Toyuqlar qarmaqda asılı gedəndə, xətti dayandırmadan sayılır.

Növbələr üzrə hesabat

Hər növbənin və hər xəttin yekunu avtomatik qeydə alınır.

İtkilərə nəzarət

Kameralar xəttin bir neçə hissəsində olsa, aralarındakı fərq hesabatda və videoda görünür.

Mövcud kameralarla

Çox vaxt sexdəki IP-kameralar kifayətdir, lazım olsa, yeni kamera quraşdırırıq.

Kəsim xəttinin 30 saniyəlik videosunu WhatsApp-a göndərin, sistemin broylerləri necə saydığını göstərək.

Kamera harada quraşdırılır

Bilmək vacibdir

Suallar və cavablar

Sistem nəm və soyuq sexdə işləyirmi?

Bəli. Avadanlığı sexinizin şəraitinə uyğun seçirik, kamera qoruyucu qutuda quraşdırılır.

Xəttin sürəti sayıma təsir edirmi?

Xeyr. Sistemi xəttinizin real sürətinə uyğunlaşdırırıq.

Boş qarmaqlar da sayılırmı?

Xeyr. Sistem qarmaqdakı toyuğu sayır, boş qarmaq sayılmır.

Pulsuz necə sınaya bilərəm?

Kəsim xəttinin 30 saniyəlik videosunu WhatsApp-a göndərin, sistemin broylerləri necə saydığını göstərək.

Başqa sualınız var?

WhatsApp-a yazın və ya zəng edin: qiyməti deyək, sistemi göstərək, layihəniz barədə danışaq.

Digər sahələr